Geri

FHN-in Qarabağ Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə 2 avqust 2016-cı il tarixində Ağcabədi rayonu Aran kənd Bələdiyyəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Bələdiyyə üzvlərinin, sahibkar və fermerlərin, eləcə də şəhər ictimaiyyətinin iştirak etdiyi tədbirdə “Hidrodinamik qəzalar”, “Elektrik təsərrüfatında yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə civə dağılmaları”, “112” qaynar xəttinə müraciət qaydaları” mövzularında çıxışlar edilmiş, inzibati ərazilərdə yanğın hadisələrinin azalmasına nail olunması məqsədi ilə mütəmadi olaraq ərazilərin quru otlardan, kol-kosdan, yanar məişət tullantılarından təmizlənməsinin, yaşayış zonaları ilə quru ot sahələri arasında minerallaşdırma, torpaqlama və şumlama işlərinin aparılmasının zəruriliyi vurğulanmışdır.

Sonda suallar cavablandırılmış, maarifləndirmə materialları paylanmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu