Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 17 avqust 2016-cı il tarixində Sumqayıt şəhər sakinləri üçün “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir FHN Sumqayıt Regional Mərkəzi, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi və Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İstismarı İdarəsi arasında razılaşdırılmış tədbirlər planına əsasən keçirilmişdir.

Tədbirdə “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqın zamanı nə etməli”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Binalarda yanğın təhlükəsizliyi qaydaları”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” “Qaz cihazlarından düzgün istifadə qaydaları”, “İdarə və təşkilatlarda mülki müdafiə işinin təşkili qaydaları” və “112” qaynar telefon xətti mövzularında çıxışlar edilmişdir.

Sonda Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Dəm qazı təhlükəsi” və “Odsöndürücü balondan istifadə qaydaları” adlı videoçarx nümayiş olunmuş, təbliğat xarakterli bukletlər, yaddaş kitabçaları paylanılmış, suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu