Geri

Şimal-qərb Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

FHN-in Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı, Şamaxı Regional Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin iştirakı ilə 16 avqust 2016-cı il tarixində Şamaxı rayonu Nağaraxana kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Təbii və texnogen hadisələr zamanı davranış və “112” zəng xidmətindən istifadə qaydaları” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

“Dəyirmi masa”da Nağaraxana kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsul işçiləri, bələdiyyə üzvləri, kənd təhsil müəssisəsinin, sahə tibb məntəqəsinin əməkdaşları və kənd sakinləri iştirak etmişdir. Tədbirdə fövqəladə hadisələrin qarşısının vaxtında alınması, təbii və texnogen xarakterli qəzalar zamanı davranış qaydalarına əməl olunması, qarşılıqlı fəaliyyətin təşkili və “112” zəng xidmətindən istifadə ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Mərkəzin əməkdaşları tədbir iştirakçılarına fövqəladə hallar, ərazi üçün xarakterik olan təbii fəlakətlər, qəzalar zamanı davranış qaydaları, fövqəladə halların qarşısının alınması ilə əlaqədar profilaktik tədbirlərin təşkilində təbliğatın rolu, məişətdə elektrik və qaz cihazlarından düzgün istifadə edilməsi və “112” zəng xidmətinin funksiyaları barədə ətraflı məlumat vermişdir. 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu