Geri

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 16 avqust 2016-cı il tarixində Regional Mərkəzin akt zalında “Yanğın hadisələrinin qarşısının alınması və nəticələrinin operativ olaraq aradan qaldırılması istiqamətində FHN Sumqayıt Regional Mərkəzinin Şəhər İcra Hakimiyyəti, yerli icra və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili”  mövzusunda seminar-müşavirə keçirmişdir.

Tədbirdə yay mövsümü ilə əlaqədar olaraq quru ot sahələrində, eləcə də yaşayış zonalarının yaxınlığında yerləşən məişət tullantıları üçün ayrılmış ərazilərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması və nəticələrinin qısa müddət ərzində aradan qaldırılması istiqamətində görülməsi vacib olan məsələlərlə bağlı qarşıda duran problemlər və onların həlli yolları ilə bağlı müzakirələr aparılmış, mövcud problemlər təhlil olunmuş, qeyd olunan yerlərə  aidiyyati orqanların nəzarətinin gücləndirilməsi və həmin yerlərdə zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Sonda suallar cavablandırılmış, maarifləndirmə materialları paylanmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu