Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 16 avqust 2016-cı il tarixində Ağdam rayonu Evoğlu kəndindəki uşaq bağçası- körpələr evində  Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Nazirliyin yerli qurumlarının əməkdaşları, müəssisənin müəllim və tərbiyəçiləri, uşaqlar və onların valideynlərinin iştirak etdiyi tədbirdə “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” qaynar xəttinə müraciət qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları” mövzularında çıxışlar edilmiş, yay mövsümü ilə əlaqədar istirahət zonalarında, çimərliklərdə, meşələrdə azyaşlı uşaqların təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı söhbətlər aparılmışdır.

Sonda yanğın, daşqın, avtomobil qəzaları kimi təbii və texnogen mənşəli fövqəladə hadisələr mövzusunda çəkilmiş rəsm və plakatlar nümayiş olunmuş, mövzulara dair maarifləndirmə materialları paylanmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu