Geri

FHN-in Aran Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 12 avqust  2016-cı il tarixində “Respublika ərazisində yanğınların xəbərdar edilməsi və qarşısının alınması, yanğın təhlükəsizliyi ilə bağlı nöqsan və çatışmazlıqlar, qarşıda duran vəzifələr” mövzusunda  “dəyirmi masa” keçirmişdir.

Tədbirdə Aran Regional Mərkəzinin əməkdaşları, FHN-in yerli qurumlarının nümayəndələri və Mərkəzin əhatə etdiyi əraziyə daxil olan şəhər və rayon İcra Hakimiyyətlərinin nümayəndələri iştirak etmişdir.

Tədbirdə “Yanğın təhlükəsizliyi ilə bağlı nöqsan və çatışmazlıqların aşkar edilərək aradan qaldırılması istiqamətində yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət”, “Ərazilərdə yanğınların qarşısının alınması istiqamətində Aran Regional Dövlət Yanğın Nəzarəti idarəsi tərəfindən həyata keçirilmiş tədbirlər”, “Yanğınların qarşısının alınması istiqamətində hissə tərəfindən görülmüş işlər və yanğınların baş vermə səbəbləri”, “Şəhər ərazisində ərazilərin quru otdan, kol-kosdan, yanar zibil tullantılarından, təmizlənməsi, yaşayış zonaları ilə quru ot sahələri arasında minerallaşdırma, torpaqlama və şumlama işlərinin mövcud vəziyyəti”, “Rayon ərazisində biçilmiş taxıl sahələrində yanğınların sayının çox olması, yaşayış zonaları ilə quru ot sahələri arasında torpaqlama və şumlama işlərinin mövcud vəziyyəti” və s. mövzular ətrafında çıxışlar edilmişdir.

Sonra şəhər və rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndələri mövzularla əlaqədar fikirlərini bildirmiş və suallar cavalandırılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu