Geri

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 11 avqust 2016-cı il tarixində Nazirliyin bölgədəki digər qurumlarının iştirakı ilə “Azəriqaz” İB-nin Lənkəran Regional Qaz İstismar İdarəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda müşavirə keçirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, mülki müdafiə tədbirləri, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, su hövzələrində təhlükəsizlik tədbirləri, dəm qazı təhlükəsinin yaranma səbəbləri barədə məlumat verilmişdir. Toplantıda, həmçinin ilkin və təxirəsalınmaz tibbi yardım, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunması barədə çıxışlar dinlənilmişdir.

Sonra Cənub Regional Mərkəzinin monitorinq qruplarının Lənkəran rayonu ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunmuş, yaranmış problemlər diqqətə çatdırılmışdır.

Müşavirənin sonunda müxtəlif mövzularda hazırlanmış maarifləndirici videoçarxlar nümayiş etdirilmiş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu