Geri

FHN–in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 10 avqust 2016–cı il tarixində Gəncə şəhər “Mediclub” klinikasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Gəncə şəhər “Mediclub” klinikasının kollektivi iştirak etmişdir.

Toplantının keçirilməsində məqsəd klinikanın kollektivinə fövqəladə hadisələrin yaranma səbəbləri, onlardan qorunma yolları və yanğın təhlükəsizliyi qaydaları haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə təbii və texnogen mənşəli hadisələrin yaranması və onlardan qorunma qaydaları fotoslaydlar üzərində ətraflı izah edilmişdir.

Toplantıda mövzulara dair filmlər də nümayiş etdirilmişdir.

Bunlardan başqa, tədbirdə “112” qaynar telefon xətti, məişətdə civə dağılmalarının təhlükəsi haqqında da geniş məlumat verilmişdir.  

Sonda “Suda zərərçəkmişə yardımın göstərilməsi” və “Su hövzələrində təhlükəsizlik qaydaları” mövzusunda plakatlar müəssisənin rəhbərliyinə təqdim edilmiş, suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu