Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 10 avqust 2016-cı il tarixində Nazirliyin bölgədəki digər qurumlarının iştirakı ilə Cəlilabad rayon Sukanal İdarəsində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirmişdir.
Müşavirənin işində Cəlilabad rayon İcra Hakimiyyətinin, Cəlilabad şəhər Bələdiyyəsinin və Cəlilabad rayon Sukanal İdarəsinin əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edən natiqlər Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə məlumat vermişlər. Toplantıda cari ildə fövqəladə halların proqnozlaşdırılması və nəticələrinin aradan qaldırılması, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsi sahəsində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən, həmçinin qarşıya çıxan problemlərdən söz açılmışdır.
Sonra Cənub Regional Mərkəzinin monitorinq qruplarının Cəlilabad rayonu ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunmuş, yaranmış problemlər diqqətə çatdırılmışdır.
Müşavirənin sonunda müxtəlif mövzularda hazırlanmış videoçarxlar nümayiş etdirilmiş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...
Ardını oxu