Geri

Qaydaları pozmuş 2 kiçik həcmli gəmi istifadəçisi barəsində müvafiq tədbir görülmüşdür

30 iyul 2016-cı il tarixində Abşeron rayonu Novxanı qəsəbəsi ərazisindəki çimərlikdə “Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət Qaydaları”nın tələblərinin pozulması nəticəsində 2 su nəqliyyatı vasitəsi (hidrosikl və kater) dənizdə toqquşmuşdur. Su nəqliyyatı vasitəsi (hidrosikl) onu idarəetmə hüququ olmadan idarə edən şəxsin qayda pozuntusu törətməsi nəticəsində suda hərəkətdə olan katerə çırpılmışdır. Hadisə nəticəsində hər 2 su nəqliyyatı vasitəsi zədələnmişdir.

Baş vermiş hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin məsul əməkdaşları hadisə yerinə yollanmış və aidiyyəti üzrə araşdırma aparmışlar. “Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət Qaydaları”nın tələblərini kobud şəkildə pozduqlarına görə qeyd edilən hər 2 gəmi istifadəçisi barəsində mövcud qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbir görülmüş və hidrosikl müvəqqəti saxlanca yerləşdirilmişdir.

Hadisə nəticəsində xəsarət alan olmamışdır. 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu