Geri

FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi çimərlik ərazilərində su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarəti həyata keçirir

Çimərlik mövsümü ilə əlaqədar çimərlik ərazilərində su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl edilməsini təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirilir.

27 iyul 2016-cı il tarixində kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət qaydalarını kobud şəkildə pozduğuna görə Bakı şəhərinin Türkan və Sahil qəsəbələri istiqamətlərində keçirilən əməliyyat tədbirlərinin nəticəsi olaraq 5 su nəqliyyatı vasitəsinin (hidrosikl) istismarına qadağa qoyulmuş, onlar müvəqqəti saxlanca götürülmüşdür. Qeyd olunan gəmi istifadəçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəkdir. 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu