Geri

FHN-in Qarabağ Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə 26 iyul 2016-cı il tarixində Bərdə rayonu Güloğlular kənd Bələdiyyəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Rayon İcra Hakimiyyətinin, bələdiyyə üzvlərinin, sahibkar və fermerlərin, eləcə də şəhər ictimaiyyətinin iştirak etdiyi tədbirdə Fövqəladə Hallar Nazirliyinin və Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri, gördüyü işlər barədə məlumat verilmiş,  “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Elektrik təsərrüfatında yanğın təhlükəsizliyi qaydaları”, “Meşədə yanğın təhlükəsizliyi” və “112” qaynar xəttinə müraciət qaydaları” mövzularında çıxışlar edilmişdir.

Sonda suallar cavablandırılmış, maarifləndirmə materialları paylanmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu