Geri

FHN-in Cənub Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 21 iyul 2016-cı il tarixində Yardımlı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində “Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar-müşavirə keçirmişdir.

Tədbirdə FHN-in regionda fəaliyyət göstərən qurumlarının əməkdaşları, Yardımlı rayon İcra Hakimiyyətinin məsul işçiləri, bələdiyyə sədrləri yerli icra nümayəndələri, Yardımlı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi iştirak etmişdir.

Seminar-müşavirədə fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, fövqəladə hallar zamanı davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları və dəm qazı təhlükəsinin yaranma səbəbləri barədə məlumat verilmişdir. Toplantıda, həmçinin dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə dənli və texniki bitkilərin, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələrdən söz açılmış, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Sonda sözügedən mövzulara dair videoçarx və fotoslaydlar nümayiş etdirilmiş, yanğın və texniki təhlükəsizlik qaydalarına aid yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu