Geri

Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 14 iyul 2016-cı il tarixində Lerik rayon İcra Hakimiyyətinin Blaband kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, eləcə də kənd sakinlərinin iştirakı ilə “Təbii fəlakətlər zamanı əhalinin davranışı  və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Tədbirdə  fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, mülki müdafiə tədbirləri, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, dəm qazı təhlükəsinin yaranma səbəbləri barədə məlumat verilmişdir. Toplantıda, həmçinin ilkin və təxirəsalınmaz tibbi yardım, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunması haqqında danışılmış, müzakirələr aparılmışdır.

Tədbirin sonunda müxtəlif mövzularda hazırlanmış videoçarxlar nümayiş olunmuş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Astara Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Astara Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Biləsuvar Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Biləsuvar Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarında “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair...

Ardını oxu