Geri

FHN-də üzgüçülük üzrə çempionat keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə 14 iyul 2016-cı il tarixində nazirliyin qurumları arasında üzgüçülük üzrə çempionat keçirilmişdir.

Dövlət Yanğından Mühafizə Xidmətinin İdman kompleksində baş tutan çempionatda FHN-in qurumlarını təmsil edən 13 komandada 26 iştirakçı mübarizə aparmışdır. İştirakçılar yarışın şərtlərinə uyğun olaraq, komanda hesabında 100, şəxsi hesabda isə 50 metrlik məsafəni qət etmişlər.

Komanda olaraq birinci yerə Dövlət Sularda Xilasetmə Xidməti (DSXX), ikinci yerə Mülkü müdafiə qoşunları (MMQ), üçüncü yerə isə Dövlət Yanğından Mühafizə Xidməti layiq görülmüşdür.

Şəxsi hesabda Yusif Ələsgərov (XRXX) birinci yeri, Samir Babayev (FHN Akademiya) ikinci yeri, Asif Ələsgərov (XRXX) isə üçüncü yeri tutmuşdur.

Sonda İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalibləri təbrik etmiş, onlara kubok, medal və diplomlar təqdim etmişlər.

Digər məlumatlar

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə kurslar keçirilib

20-29 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə “qaynaqçı” və “ilməçi-bayraqdar” kursları keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib....

Ardını oxu

FHN Qızılağac Milli Parkında maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ərazisində yerləşən Qızılağac Milli Parkında açıq havada “Meşələri və parkları yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu