Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 13 iyul 2016-cı il tarixində Nazirliyin bölgədəki digər qurumlarının iştirakı ilə Lerik rayon Sukanal Idarəsində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirmişdir.
Müşavirənin işində Lerik rayon İcra Hakimiyyəti, Lerik rayon bələdiyyəsi və Lerik rayon Sukanal Idarəsinin kollektivi iştirak etmişdir.
Tədbirdə çıxış edən natiqlər Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə məlumat vermişlər. Toplantıda cari ildə fövqəladə halların proqnozlaşdırılması və nəticələrinin aradan qaldırılması, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsi sahəsində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən, həmçinin qarşıya çıxan problemlərdən söz açılmışdır.
Sonra Cənub Regional Mərkəzinin monitorinq qrupları tərəfindən Lerik rayonu ərazisində müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunmuş, yaranmış problemlər diqqətə çatdırılmışdır.
Toplantıda tədbir iştirakçılarının təklifləri dinlənilmiş, irəli sürülən müddəaların təhlili aparılmış, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilmişdir.
Müşavirənin sonunda müxtəlif mövzularda hazırlanmış videoçarxlar nümayiş etdirilmiş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.
02-06 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən...
Ardını oxu20-29 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə “qaynaqçı” və “ilməçi-bayraqdar” kursları keçirilib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib....
Ardını oxu