Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə 13 iyul 2016-cı il tarixində “Fövqəladə hallarda davranış qaydaları” mövzusunda Zərdab rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi ilə növbəti maarifləndirmə tədbiri keçirmişdir.
Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış, ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydalarından danışılmışdır. İştirakçılara, həmçinin ekstremal hallarda, eləcə də sel və daşqın zamanı davranış qaydaları barədə tövsiyələr verilmişdir.
Tədbirdə mözuya dair videoçarxlar nümayiş olunmuş, yaddaş kitabçaları və bukletlər paylanılmışdır.
Toplantının sonunda suallar cavablandırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə Dövlət Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Ağdaş Magistral Qaz Kəmərləri Sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...
Ardını oxu