Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 13 iyul 2016-cı il tarixində Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə səhiyyə ocağının rəhbər işçiləri, həkimlər, tibb bacıları, Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Regional Mərkəzin əməkdaşları iştirak etmişdir.

Tədbir zamanı “Fövqəladə halların təsnifatı”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzusunda cıxışlar edilmiş, təbii və texnogen xarakterli fövqəladə hallar, onların xüsusiyyətləri, fövqəladə hal baş verdikdə davranış qaydaları və onlardan qorunma üsulları haqqında məlumat verilmişdir. Həmçinin, tədbirdə Muğan Regional Mərkəzin fəaliyyət istiqamətləri, gördüyü işlər o cümlədən əhatə etdiyi xidməti ərazidə fəaliyyət göstərən xəstəxana, səhiyyə ocaqları ilə fövqəladə halların qarşısının alınması istiqamətindəki birgə səmərəli qarşılıqlı fəaliyyətindən söhbət açılmışdır.

Sonda Fövqəladə Hallar Nazirliyinin, fəaliyyətindən bəhs edən videoçarx və mövzulara uyğun slaydlar nümayiş olunmuşdur.

Digər məlumatlar

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə kurslar keçirilib

20-29 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə “qaynaqçı” və “ilməçi-bayraqdar” kursları keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib....

Ardını oxu