Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi tədbir keçirmişdir

12 iyul 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birlikdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında “Əhalinin baş verə biləcək fövqəladə  halların qarşısının alınması və fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda görüş keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd səhiyyə işçilərinin yarana biləcək fövqəladə hallara hazır olması, baş verə biləcək fövqəladə hadisə zamanı davranış qaydalarının təkmilləşdirilməsi olmuşdur.

Mərkəzin əməkdaşları tərəfindən fövqəladə hallar, ərazi üçün xarakterik olan təbii fəlakətlər, mülki müdafiə, radiasiya, kimya və bioloji fəlakətlər zamanı davranış qaydaları, səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları, xəstələrin evakuasiyası, nəqliyyat qəzaları, terror xarakterli fövqəladə hallar zamanı nə etməli və sair mövzularda çıxışlar edilmiş və qeyd olunmuşdur ki, təbii fəlakətlər, texnogen qəzaların baş verməsi nəticəsində insanların fiziki sağlamlıqlarının bərpası, mülki müdafiənin təmin olunmasında tibb işçilərinin üzərinə çox böyük məsuliyyət düşür.

Sonda suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Astara Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Astara Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Biləsuvar Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Biləsuvar Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarında “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair...

Ardını oxu