Geri

FHN-in Cənub Regional Mərkəzi "dəyirmi masa" keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 12 iyul 2016-cı il tarixində Astara rayon İcra Hakimiyyətində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiyası” mövzusunda  “dəyirmi masa” keçirmişdir.

Tədbirdə Astara rayon İcra Hakimiyyəti,  yerli icra və özünüidarəetmə orqanları, Mənzil Kommunal-Təsərrüfatı Birliyi, Telekommunikasiya Qovşağı, Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, enerji, qaz və su təchizatı üzrə xidmətlərin rəisləri, Mərkəzi Xəstəxana, Təhsil Şöbəsinin, həmçinin Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən qurumlarının məsul əməkdaşları iştirak etmişlər.

Toplantının keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, xidmət sahələri  ilə Fövqəladə Hallar Nazirliyinin regiondakı qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur.

Tədbir zamanı dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə ayrılması nəzərdə tutulan torpaq sahələrinin məqsədli təyinatı, aşma təhlükəsi olan iri gövdəli ağacların, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaqdoldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin, sututarlarının mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması, ot və taxıl sahələrində, meşə və meşəətrafı ərazilərdə yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması, Mərkəzin xidməti ərazisində baş vermiş suda boğulma hadisələrinin səbəbləri, təhlükəli ərazilərdən vətəndaşlar tərəfindən çimərlik kimi istifadənin qarşısının alınması istiqamətində görüləcək işlər barədə məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.

“Dəyirmi Masa”nın sonunda Mərkəzin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən tikililər, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlərlə bağlı fotoslaydlar göstərilmiş, məruzəçilər tərəfindən suallar ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə kurslar keçirilib

20-29 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə “qaynaqçı” və “ilməçi-bayraqdar” kursları keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib....

Ardını oxu

FHN Qızılağac Milli Parkında maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ərazisində yerləşən Qızılağac Milli Parkında açıq havada “Meşələri və parkları yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu