Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 12 iyul 2016-cı il tarixində Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Ə. D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında maarifləndirmə tədbiri keçirmişdir.
Xəstəxananın rəhbərliyinin, həkimlərin, işçi personalın iştirak etdiyi tədbirdə müəssisənin yanğın təhlükəsizliyi barədə geniş söhbət aparılaraq qaz və elektrik təsərrüfatında təhlükəsizlik qaydalarının pozulması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması, tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmaması, standartlara uyğun olmayan qaz və elektrik cihazlarından istifadə olunması, əsas və ehtiyat çıxışların, keçidlərin əşyalarla, qurğularla tutulması, tamburlarda və pilləkən qəfəslərində anbar tikmək, eləcə də əşyaların saxlanılmasının, pəncərələrdə dəmir barmaqlıqların quraşdırılmasının qadağan olması, hər yerdə təmizliyə riayət olunması tədbir iştirakçılarının diqqətinə çatdırılmış, suallar cavablandırılmış, “Vətəndaşların nəzərinə!”, “Yanğın zamanı davranış qaydaları”, “Qaz cihazlarından istifadə edərkən yanğın, partlayış, zəhərlənmə kimi fövqəladə hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əməl edin!” mövzularında yaddaş vərəqələri paylanmış, “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi”, “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçaları rəhbərliyə təqdim edilmişdir.
Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə nümayiş olunmuşdur.
20-29 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə “qaynaqçı” və “ilməçi-bayraqdar” kursları keçirilib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəran rayonu, Balıqçılar qəsəbəsi ərazisində yerləşən Qızılağac Milli Parkında açıq havada “Meşələri və parkları yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...
Ardını oxu