Geri

FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidməti “dəyirmi masa” kecirmişdir

12 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti “Neft Dağılmalarına Qarşı Hazırlığın Regional Təşəbbüsü” (OSPRI) şirkəti ilə birlikdə Neft dağılmalarına qarşı hazırlıq və cavabvermə tədbirləri üzrə “dəyirmi masa” keçirmişdir. Tədbirin keçirilməsində məqsəd dənizdə mümkün neft dağılmalarına qarşı hazırlığın müzakirəsi və beynəlxalq təcrübənin bölüşülməsi, Aktau Protokolu çərçivəsində regionda əməkdaşlıq imkanlarının müzakirəsindən ibarət olmuşdur.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, SOCAR və BP-nin nümayəndələri iştirak etmişdir.

Giriş sözü ilə çıxış edən Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi Piri Quluzadə tədbirin mahiyyətindən danışmış, belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır. O, qeyd etmişdir ki, bu kimi tədbirlərdə qazanılan nəzəri təcrübələr neft sahəsində hər hansı bir hadisə baş verdikdə onu nəticələrinin aradan qaldırılmasında, hadisələrə çevik reaksiya verilməsində mühüm rol oynayır.

Daha sonra çıxış edən OSPRI meneceri Peter Taylor iştirakçılara tədbir haqda məlumat vermiş, OSPRI-nin yaranma səbəbi və məqsədlərindən söhbət açmış və bildirmişdir ki, meneceri olduğu sirkətin əsas fəaliyyəti neft dağılmalarına qarşı aidiyyəti orqanlar arasında əlaqələndirici funksiyasını yerinə yetirməkdir.

Çıxış edən natiqlər Azərbaycanın neft dağılmalarına qarşı milli tədbirlər sistemi, beynəlxalq və regional əməkdaşlığın imkanları və onların reallaşdırılması, lokal yanğınların neft dağılmasında alət kimi istifadəsi və s. mövzularda ətraflı məlumat vermişlər.

Tədbir iyulun 13-də sona çatacaq.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Astara Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Astara Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Biləsuvar Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Biləsuvar Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarında “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair...

Ardını oxu