Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 29 iyun 2016-cı il tarixində Binəqədi rayonunda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində maarifləndirmə tədbiri keçirmişdir.

Oftalmologiya Mərkəzinin rəhbərliyinin, həkimlərin, işçi heyətinin iştirak etdiyi tədbirdə müəssisənin yanğın təhlükəsizliyi barədə geniş söhbət aparılaraq qaz və elektrik təsərrüfatında təhlükəsizlik qaydalarının pozulması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması, tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmaması, standartlara uyğun olmayan qaz və elektrik cihazlarından istifadə olunması, əsas və ehtiyat çıxışların, keçidlərin əşyalarla, qurğularla tutulması, tamburlarda və pilləkən qəfəslərində anbar tikmək, eləcə də əşyaların saxlanılmasının, pəncərələrdə  dəmir  barmaqlıqların quraşdırılmasının qadağan olması, hər yerdə təmizliyə riayət olunması tədbir iştirakçılarının diqqətinə  çatdırılmış,  suallar cavablandırılmış,  “Vətəndaşların nəzərinə!”, “Yanğın zamanı davranış qaydaları”, “Qaz cihazlarından istifadə edərkən yanğın, partlayış, zəhərlənmə kimi fövqəladə hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əməl edin!”  mövzularında yaddaş vərəqələri paylanmış, “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi”, “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçaları və “Heydər Əliyev və Azərbaycanın yanğın təhlükəsizliyi” kitabı rəhbərliyə təqdim edilmişdir.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə nümayiş olunmuşdur.   

     

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu