Geri

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının  N saylı hərbi hissəsində tədbir keçirilmişdir.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.

Fövqəladə Hallar Nazirliyi  işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 iyun  tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Ümummilli liderin ordu quruculuğunda misilsiz xidmətlərindən danışan natiq demişdir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ulu öndərin gərgin zəhmətinin bəhrəsidir və Azərbaycan Silahlı Qüvvələri  bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.

Daha sonra Mülki Müdafiə Qoşunlarının Qərargah rəisi - komandanın müavini polkovnik Aslan Hüseynov cıxış edərək Azərbaycanda ordu quruculuğundan, bu sahədə ümummilli lider  Heydər Əliyevin xidmətlərindən, Mülkü Müdafiə Qoşunlarının Azərbaycanın ordu sistemindəki rolundan geniş bəhs etmişdir.

Tədbirdə ehtiyatda olan polkovnik, II qrup Qarabağ əlili, Qarabağ, Əfqanıstan və Silahlı Qüvvələr veteranı Rasim Muxtarov, Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri İctimai Birliyinin Xəzər rayon filialının sədri Səfa Əliyev, 20 Yanvar və Xocalı əlili Arif Məhərrəmov, hərbi hissə komandirinin psixoloji təminat üzrə müavini polkovnik-leytenant Əfqan Zahirov çıxış edərək Azərbaycanda həyata keçirilən ordu quruculuğundan geniş söz açmış, bu sahədə ümummilli lider Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərini qeyd etmişlər.

Sonda Fövqəladə Hallar Nazirliyi  işçilərinin Həmkarlar İttifaqı tərəfindən  əsgərlərə  bayram sovqatı və xatirə  hədiyyələri təqdim olunmuşdur. Tədbir daha sonra  geniş konsert proqramı ilə davam etmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu