Geri

FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Litva Respublikasının Radiasiyadan Qorunma Mərkəzi və Litva Respublikasının Layihələrin İdarə Edilməsi Agentliyi arasında imzalanmış “Azərbaycan Respublikasında Radiasiya Təhlükəsizliyi İnfrastrukturunun gücləndirilməsi və Dəstəkləyici Xidmətlərin İnkişaf etdirilməsi” adlı Tvininq layihəsinin nəticələrini və uzunmüddətli təsirini nəzərdən keçirmək üçün Avropa nümayəndə heyəti  tərəfindən 20-24 iyun 2016-cı il tarixlərində “Tvininq Yoxlama Tədbiri” təşkil olunmuşdur.

Tədbirdə layihənin yoxlama ekspertləri David Poza Cano, Skirmantas Pilekas, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin, FHN Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin əməkdaşları iştirak etmişlər.

Görüşdə Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin əməkdaşları Tvininq layihəsinin yekunlarına dair əldə edilmiş irəliləyişlər və görülmüş işlər barədə təqdimatlarla çıxışlar etmişlər.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu