Geri

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi əməkdaşları kiçik həcmli gəmi istifadəçilərinə səyyar xidmət göstərmişlər

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi tərəfindən kiçik həcmli gəmilərə texniki baxış keçirilməsi qrafikinə uyğun olaraq 10-20 iyun 2016-cı il tarixlərdə Cənub regionu üzrə şöbədə fəaliyyət göstərən kiçik həcmli gəmi istifadəçilərinin su nəqliyyatı vasitələrinə texniki baxış keçirilmişdir.

23-24 iyun 2016-cı il tarixlərdə Müfəttişliyin əməkdaşları tərəfindən FHN Cənub Regional Mərkəzində, Lənkəran rayonu Balıqçılar və Astara rayonu Şahağacı qəsəbələrində kiçik həcmli gəmi istifadəçilərinə gəmi sənədlərini təqdim etmək məqsədi ilə səyyar xidmət göstərmişlər. Keçirilmiş səyyar xidmət zamanı 415 kiçik həcmli gəmi istifadəçisinə aidiyyəti gəmi sənədləri təqdim edilmişdir.

Eyni zamanda kiçik həcmli gəmi istifadəçiləri arasında kiçik həcmli gəmilərin dövlət qeydiyyatı, texniki baxışı, sürücülük vəsiqələrinin alınması və gəmilərin təhlükəsiz istismarı mövzusunda maarifləndirmə tədbirləri keçirilmişdir. 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu