Geri

FHN Sumqayıt Regional Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumların əməkdaşları iştirakı etmişdir. 

Əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan FHN Sumqayıt Regional Mərkəzin rəis müavini  polkovnik Elşad Əliyev Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu qeyd etmişdir. Çıxışlarda ordu quruculuğunun inkişaf etdirilməsində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərinin olduğu vurğulanmışdır. 

Tədbirin sonunda Azərbaycanda ordu quruculuğundan bəhs edən videoçarx nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu