Geri

FHN-in Qarabağ Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Dövlət Sularda   Xilasetmə Xidməti ilə birgə 24 iyun 2016-cı il tarixində Bərdə rayonunda  “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirmişdir. Müşavirədə Qarabağ Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin,  Bərdə rayon İcra Hakimiyyətinin, yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri, təhsil, səhiyyə, Rayon Polis Şöbəsinin əməkdaşları, eləcə də, su hövzələrinin fəaliyyətinə məsul şəxslər iştirak etmişlər. Müşavirədə Bərdə rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri və mövcud olan vəziyyət barədə tədbir iştirakçıları məlumatlandırılmış, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş edilərək yerli icra orqanlarının rəhbərləri ilə müzakirə olunmuş, su hövzələrində  insanların təhlükəsizliyi üçün  zəruri  hesab  edilən  tədbirlərin  həyata  keçirilməsi  məqsədilə lazım olan məlumatlar aidiyyatı  orqanların diqqətinə  çatdırılmışdır. Problemlər təhlil olunaraq, gələcəkdə görüləcək işlər müzakirə olunmuşdur. Çıxış edənlər “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay mövsümündə sularda vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları”, “Yay mövsümü ərzində əhalinin təhlükəsizliyinin təşkili məqsədilə su hövzələrində görülən işlər”, “Su hövzələrində maarifləndirmə işinin vəziyyəti” mövzularında ətraflı məlumat vermişlər. Sonda su hövzələrində təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş etdirilmiş, iştirakçılara təbliğat materialları təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu