Geri

FHN-in Cənub Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 23 iyun 2016-cı il tarixində Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsində “Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar-müşavirə keçirmişdir.

Tədbir­də Lənkəran Şəhər İcra Hakimiyyəti, bələdiyyələr, yerli icra nümayəndələri, FHN-in regionda fəaliyyət göstərən qurumları, Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi iş­ti­rak et­miş­dir.

Tədbirdə çıxış edən natiqlər fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə dənli və texniki bitkilərin, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr barədə geniş məlumatlar vermiş, suallar cavablandırılmışdır.

Sonda videoçarx və fotoslaydlar nümayiş etdirilmiş, bu sahədə yanğın və texniki təhlükəsizlik qaydalarını təbliğ edən yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu