Tədbirdə Yardımlı rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələri, Astanlı kənd tam orta məktəbinin kollektivi iştirak etmişdir.
Toplantıda Mərkəzin əməkdaşları təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, fərdi mühafizə vasitələri və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, ilkin və təxirəsalınmaz tibbi yardım barədə danışmış, mülki müdafiə tədbirləri haqqında ətraflı məlumat vermişlər.
Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.
Sonda mövzu ilə bağlı videoçarx və fotoslaydlar nümayiş etdirilmiş, tədbir iştirakçılarına yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Bərdə rayon ərazisində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Novxanı” xilasetmə məntəqəsinin ərazisində yerləşən çimərlikdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Akademiyasında “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, kursantların mümkün zərərli vərdişlərdən çəkindirilməsi və bu mövzuda ətraflı məlumatlandırılması olub. ...
Ardını oxu