Geri

FHN-in regional mərkəzlərində 28 May- Respublika Günü münasibətilə tədbirlər keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı, Sumqayıt, Gəncə, Qarabağ, Aran, Cənub regional mərkəzlərində 28 May-Respublika Günü münasibətilə tədbirlər keçirilmişdir.

Toplantıda çıxış edən natiqlər XX əsrin əvvəllərində yaranmış vəziyyət, I Dünya Müharibəsindən sonra Azərbaycanda yaranmış müstəqillik və azadlıq uğrunda gedən mübarizələrdən söhbət açmış, Azərbaycan xalqının müsəlman şərqində ilk demokratik cümhuriyyət yaratdığını bildirmişlər. Demokratik Respublikanın ömrünün cəmi 23 ay olması səbəbindən bir sıra işləri həyata keçirə bilmədiyi qeyd edilmiş, əsrin sonunda qazanılmış müstəqillik və onun qorunub saxlanması, Azərbaycan dövlətinin məhv olmasının qarşısının qətiyyətlə alınması sahəsində görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin rolundan və əvəzsiz xidmətlərindən geniş bəhs etmişlər. Ümummilli liderin uzaqgörən siyasətinin bu gün möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam və inkişaf etdirildiyi bildirilmişdir.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə Dövlət Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Ağdaş Magistral Qaz Kəmərləri Sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu