Geri

FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi maarifləndirmə tədbiri keçirmişdir

27 may 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi Bakı şəhəri və Abşeron rayonu üzrə şöbənin xidməti ərazisinə aid olan Hövsan qəsəbəsinin sahilboyu ərazisində Zığ, Hövsan, Türkan, Zirə, Gürgan və Pirallahı qəsəbələrinin gəmi istifadəçilərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir iştirakçılarına Müfəttişliyin əsasnaməsindən irəli gələn hüquq və vəzifələr, “Kiçik həcmli gəmilərin dövlət qeydiyyatı”, “Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət”, “Kiçik həcmli gəmi sürmək hüququ üçün imtahan və attestasiya”, “Kiçik həcmli gəmilərə texniki nəzarət” Qaydalarının tələbləri və 01.03.2016-cı il tarixdə qüvvəyə minmiş AR İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklərlə əlaqədar qanunvericiliyin tələblərinin pozulması hallarına görə kiçik həcmli gəmi istifadəçilərinin inzibati məsuliyyəti barədə məlumat verilmişdir. Həmçinin texniki baxışların səmərəli təşkili və bu sahədə pərakəndəliyin qarşısının alınması məqsədi ilə Müfəttişlik tərəfindən tərtib olunmuş texniki baxışlar cədvəli gəmi istifadəçilərinin nəzərinə bir daha çatdırılmışdır.

Sonda iştirakçılara kiçik həcmli gəmilərin təhlükəsiz istismarına dair Müfəttişlik tərəfindən hazırlanmış bukletlər paylanılmış, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu