Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 28 May – Respublika Günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 may 2016-cı il tarixində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir.

Akademiyanın inzibati binasının akt zalında təşkil olunan tədbiri açan hərbi təhsil müəssisənin rəis müavini polkovnik Afət Qurbanov iştirakçıları Respublika Günü münasibətilə təbrik etmişdir.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixi barədə tədbir iştirakçılarına məlumat verən Akademiyanın rəis müavini müsəlman Şərqində yaranmış ilk demokratik respublikanın mövcud olduğu qısa müddət ərzində əldə edilmiş nailiyyətlərdən danışmışdır. O, qeyd etmişdir ki, bolşevik işğalından sonra milli dövlətimizin yaratdığı demokratik ənənələrin sovet imperialist siyasəti nəticəsində unutdurulmasına səy göstərilsə də müstəqillik dövründə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həmin institutlar yenidən bərqərar edilmiş, vətəndaş cəmiyyəti formalaşdırılmışdır. 

Toplantıda çıxış edən AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimizin tarixində müstəsna yeri vardır. O, məhz buna görə də Tarix İnstitutunda Xalq Cümhuriyyəti adlı bir şöbə açıldığını qeyd etmiş və ötən müddət ərzində Cümhuriyyət tarixi ilə bağlı bir sıra ölkələrin dövlət arxivlərindən vacib sənədlərin toplandığını diqqətə çatdırmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin dünya xalqları arasında imzamızı təsdiq etdirdiyini diqqətə çatdıran professor Azərbaycan Respublikasının məhz bu dövlətin hüquqi varisi olduğunu vurğulamışdır. O, çıxışını ulu öndər Heydər Əliyevin "Müstəqilliyimiz dönməzdir, əbədidir" şüarı ilə başa çatdırmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu