Geri

"Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi 27 may 2016-cı il tarixində Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə Mingəçevir şəhər İcra hakimiyyətində "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda müşavirə keçirmişdir.

Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Aparatının, Aran Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Mingəçevir və Yevlax sularda xilasetmə məntəqələrinin və Aran Dalğıc Axtarış Qrupunun əməkdaşlarının, şəhərin aidiyyəti xidmətlərinin, təhsil müəssisələri rəhbərlərinin, qəsəbə icra, bələdiyyə və mənzil istismar sahələri nümayəndələrinin, eləcə də çimərliklərin fəaliyyətinə məsul olan şəxslərin iştirakı ilə reallaşdırılan müşavirədə şəhərin ərazisində yerləşən çimərliklərin vəziyyəti, dəniz suyunun gigiyenik normalara uyğunluğu, məişət tullantılarının daşınması ilə bağlı mövcud olan problemlər, əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülməli olan işlər müzakirə olunmuşdur.

Müşavirəni giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov su hövzələrində mövcud olan problemlərin həllinin vacibliyini vurğulamışdır.

FHN Dövlət Sularda Xilasetmə Xidmətinin nümayəndələri "Yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması" mövzusunda çıxış etmiş, şəhər ərazisində olan çimərliklərdə keçirilən monitorinqlərin nəticələri və mövcud olan vəziyyət barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Şəhərin Mənzil Kommunal Təsərrüfat Birliyinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Polis şöbəsinin və Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri müvafiq olaraq "Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər", "Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi", "Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti" və "Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti" mövzularında çıxış etmişlər.

FHN-in Aran Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Akif Orucov müşavirəyə yekun vuraraq su hövzələrində müşahidə olunan problemlər barədə danışmış, həmin ərazilərə nəzarətin gücləndirilməsinin zəruriliyini vurğulamışdır.

Tədbirin gedişində su hövzələrində təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu