Geri

FHN-in Cənub Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri arasında 27 may 2016-cı il tarixində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilmişdir.

Yarışlarda Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin komandaları güclərini sınamışdır.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın əsas məqsədi orta və ümumtəhsil müəssisələrinin şagirdlərinin fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə yanaşma hissinin artırılması və sağlam həyat tərzinin təbliğindən ibarət olmuşdur.

Yarış üç mərhələdə - yanğın estafeti, maneələr zolağı yarışı və gənc ekspertlər müsabiqəsi üzrə keçirilmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən Yardımlı şəhər 1 saylı orta məktəbin komandası I, Masallı rayon Qəriblər kənd orta məktəbin komandası II, Lənkəran şəhər Xarici dillər təmaüllu gimnaziyanın komandası isə III yeri tutmuşdur.

Yarışda fərqlənmiş komandalar diplom və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Qalib olan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu