Geri

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında mini-futbol üzrə çempionat keçirilmişdir

23-27 may 2016-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında 28 may-Respublika Gününə həsr edilmiş mini-futbol üzrə çempionat keçirilmişdir.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının stadionlarında təşkil edilən çempionatda 17 komanda və hər komandada 12 idmançı olmaqla 204 əməkdaş iştirak etmişdir.

Komandalar 4 qrupda  mübarizə aparmış, hər qrupda 1 və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanmışdır. Yarımfinalda Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) Maddi-Texniki Təchizat İdarəsi (MTTİ) ilə, Gəncə Regional Mərkəzi isə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası ilə qarşılaşmışdır. Bu oyunlarda MTTİ 6:5 hesabı ilə XRXX-yə, DYMX isə 7:0 hesabı ilə GRM-yə qalib gəlmişdir.

3-cü yer uğrundakı görüşdə XRXX GRM-yə 7:4 hesabı ilə qalib gəlmişdir. Finalda isə DYMX MTTİ-yə  4:0 hesabı ilə qalib gələrək çempion olmuşdur.

Sonda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun iştirakı ilə qaliblərə kubok, medal və diplomlar təqdim edilmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Elmir Quluzadə, ən məhsuldar hücumçusu Rəfael Nağıyev, ən yaxşı qapıçısı isə Rəşad Səttərzadə olmuşdur.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu