Geri

FHN işçilərinin Həmkarlar İttifaqının təşəbbüsü ilə kurs təşkil olunmuşdur

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşəbbüsü ilə həmkarlar ittifaqı fəalları, ictimai müvəkkillər, texniki əmək müfəttişləri üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Əmək şəraiti və mühafizəsi, texniki təhlükəsizlik sahəsində həmkarlar ittifaqının iştirakı” mövzusunda 24-26 may 2016-cı il tarixində üç günlük kurs təşkil edilmişdir. Kursda Fövqəladə Hallar Nazirliyinin 29 əməkdaşı iştirak etmişdir.

Kursun təşkil olunmasında məqsəd Azərbaycan Reapublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı fəalları, ictimai müvəkkillər, texniki əmək müfəttişlərini əməyin mühafizəsi sahəsində qanunvericilik barədə məlumatlandırmaq olmuşdur.

Kursun gedişində əməkdaşlar əməyin mühafizəsi sahəsində işəgötürənin və işçilərin sosial tərəfdaşlığı, ictimai nəzarətin təşkili məsələləri, əmək müqaviləsi, tərəflərinin maddi məsulliyəti, işçilərin attestasiyasının kecirilməsi qaydaları, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta məsələləri ilə tanış olmuş və bu məsələlərin ətrafında geniş fikir mübadiləsi aparmışlar.

Bundan başqa, kurslarda iştirak edən əməkdaşlar işçilərin hüquqlarının təminatında həmkarlar ittifaqlarının yeri və rolu, əməyin mühafizəsi üzrə səlahiyyətli şəxslər komissiyalarının işnin təşkili praktikası, iş vaxtı və istirahət vaxtı normalarına riayət edilməsinə, ağır zərərli və təhlükəli şəraitli işlərə görə kompensasiya və güzəştlərin verilməsinə nəzarət, binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətinin mühafizəsi üzrə norma və qaydalara uyğunluğunun ümumi qaydaları, sağlamlığın mühafizəsi və sosial təminat sahəsində həmkarlar ittifaqının iştirakı və bu qəbildən olan digər  məsələlər barədə də məlumatlar əldə etmişlər.

İştirakçılar tədris kursunda  “Azərişıq” ASC-nin Tədris Mərkəzinin iş təcrübəsi və “Azərkimya” Hİ-nın əməyin mühafizəsi sahəsində işəgötürənin və işçilərin sosial tərəfdaşlığı və ictimai nəzarətin təşkili sahəsində iş təcrübəsi ilə tanış olmuşlar.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi su hövzələrində təhlükəsizliyə dair maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Bərdə rayon ərazisində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi Novxanı çimərliyində maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Novxanı” xilasetmə məntəqəsinin ərazisində yerləşən çimərlikdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Akademiyasında “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, kursantların mümkün zərərli vərdişlərdən çəkindirilməsi və bu mövzuda ətraflı məlumatlandırılması olub. ...

Ardını oxu