Geri

FHN-in Cənub Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 26 may 2016-cı il tarixində Masallı Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində “Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar-müşavirə keçirmişdir.

Tədbirdə Masallı rayon İcra Hakimiyyəti, bələdiyyələr, yerli icra nümayəndələri, FHN-in regionda fəaliyyət göstərən qurumları, Masallı Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları iştirak etmişdir.

Seminar-müşavirədə çıxış edən natiqlər fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə dənli və texniki bitkilərin, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr barədə geniş məlumatlar vermiş, tədbir iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırmışlar.

Sonda videoçarx və fotoslaydlar nümayiş etdirilmiş, bu sahədə yanğın və texniki təhlükəsizlik qaydalarını təbliğ edən yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu