Geri

FHN-in Sumqayıt Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birlikdə 23 may 2016-cı il tarixində Mərkəzin akt zalında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirmişdir.

Müşavirədə Sumqayıt Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri, çimərliklərə məsul şəxslər iştirak etmişdir.

Keçirilən müşavirədə çimərliklərin vəziyyəti, dəniz suyunun gigiyenik normalara uyğunluğu, məişət tullantılarının daşınması ilə bağlı mövcud olan problemlər, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görüləcək işlər müzakirə olunmuşdur.

Müşavirədə şəhər ərazisində olan çimərliklərdə keçirilən monitorinqin nəticələri və mövcud olan vəziyyət barədə tədbir iştirakçıları məlumatlandırılmış, mövcud problemlər təhlil olunmuşdur.

Daha sonra çıxış edən natiqlər “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları”, “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti”, “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzularında ətraflı məlumat vermişlər.

Sonda su hövzələrində təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu