Geri

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə rayon birinciliyi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin nazirliyin aidiyyəti qurumları və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə qarşılıqlı fəaliyyəti çərçivəsində 19-20 may 2016-cı il tarixlərində Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bazasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə rayon birinciliyi keçirilmişdir.

Yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyin təmin edilməsində məsuliyyətin, hərbi vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən yarışlar “kombinə edilmiş yanğın estafeti” və “gənc ekspert” mərhələlərindən ibarət olmuşdur.

Paytaxtın bütün inzibati rayonlarını təmsil edən məktəb komandalarının qatıldığı yarışların ilk mərhələsində komandalar yanğınsöndürmə dəstlərini geyinərək müxtəlif maneələri bacarıqla dəf etmiş,  yüksək təzyiqli su şırnağı ilə qarşıdakı hədəfləri vurmuşlar.

“Gənc ekspertlər” mərhələsində isə komandaların fövqəladə hallarla bağlı nəzəri bilikləri yoxlanılmışdır.

FHN Bakı Regional Mərkəzinin münsiflər heyəti rayonlar üzrə qalib komandaları müəyyən etmişdir. Bakı şəhər birinciliyində Binəqədi rayonunun 248, Yasamal rayonunun 158, Nərimanov rayonunun 207, Nizami rayonunun 220, Nəsimi rayonunun 164, Xətai rayonunun 56, Xəzər rayonunun 117, Pirallahı rayonunun 243, Qaradağ rayonunun 319, Səbail rayonunun 51, Suraxanı rayonunun 85 və Sabunçu rayonunun 96 nömrəli tam orta məktəblərinin komandaları iştirak edəcəklər.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu