Geri

Muğan Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının rayon birinciliyini keçirmişdir

20 may 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Şirvan  şəhərinin təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının rayon birinciliyini keçirmişdir.

Yarışlarda Şirvan şəhər 4, 9, 10, 11, 16, 18, 20, 21 nömrəli orta məktəblərin komandaları güclərini sınamışdır.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının açılış mərasimində çıxış edənlər yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğinin, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyindən bəhs etmişlər.

Yarış ”kombinə edilmiş yanğın estafeti”, “axtarış-xilasetmə işi” və “gənc ekspertlər müsabiqəsi” adlı üç mərhələdən ibarət olmuşdur.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən Şirvan şəhər 10 nömrəli orta məktəb I, Şirvan şəhər 18 nömrəli  orta məktəb II və Şirvan şəhər 16 nömrəli orta məktəb III yeri tutmuşdur

Yarışda fərqlənmiş komandalar diplom və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

I yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsində iştirak etmək hüququ əldə etmişdir.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu