Geri

FHN Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi mayın 20-də FHN Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə Sabunçu rayon İcra Hakimiyyətində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirmişdir.

Tədbirdə Bakı Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, qəsəbə icra, bələdiyyə və mənzil istismar sahələrinin nümayəndələri, eləcə də çimərliklərin fəaliyyətinə məsul olan şəxslər iştirak etmişdir.  

Keçirilən müşavirədə rayon ərazisində yerləşən çimərliklərin vəziyyəti, dəniz suyunun gigiyenik normalara uyğunluğu, məişət tullantılarının daşınması ilə bağlı mövcud olan problemlər, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülməli olan işlər müzakirə olunmuşdur.

Müşavirəni giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov qeyd etmişdir ki, görülən profilaktik işlərin nəticəsidir ki, rəsmi çimərlik ərazilərində son 5 il ərzində bir dənə də olsun boğulma faktı qeydə alınmamışdır.

FHN Dövlət Sularda Xilasetmə Xidmətinin nümayəndəsi “Yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması” mövzusunda çıxış etmiş, rayon ərazisində olan çimərliklərdə keçirilən monitorinqin nəticələri və mövcud olan vəziyyət barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Tədbirdə çıxış edən natiqlər “Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti” mövzularında ətraflı məlumat vermişlər.

Daha sonra çıxış edən FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev çimərlik sahələrində müşahidə olunan problemlər barədə danışmış, qeyd etmişdir ki, çimərliklərdə spirtli və şüşə qablarda olan sərinləşdirici içkilərin satışı qadağan olunmalı, sərxoş vəziyyətdə olan insanların əraziyə girişinə icazə verilməməli, bu qadağalara riayət etməyənlər cərimələnməli, çimərliklərin təmizliyi nəzarətdə saxlanılmalıdır.

Tədbirin sonunda su hövzələrində təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu