Geri

FHN-in Cənub Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 may 2016-cı il tarixində Cəlilabad Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində “Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar-müşavirə keçirmişdir.

Tədbir­də Cəlilabad rayon İcra Hakimiyyəti, bələdiyyələr, yerli icra nümayəndələri, FHN-in regionda fəaliyyət göstərən qurumları,  Cəlilabad Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi iş­ti­rak et­miş­dir.

Tədbirdə çıxış edən natiqlər fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə dənli və texniki bitkilərin, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr barədə geniş məlumatlar vermiş, tədbir iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırmışlar.

Sonda videoçarx və fotoslaydlar nümayiş etdirilmiş, bu sahədə yanğın və texniki təhlükəsizlik qaydalarını təbliğ edən yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu