Geri

Qarabağ Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının rayon birinciliyini keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 17 may 2016-cı il tarixində Beyləqan, Xocavənd, Füzuli, Şuşa və Tərtər rayonlarının orta təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının rayon birinciliyini keçirmişdir.

Tədbirin açılış mərasimində çıxış edənlər keçirilən yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanmasından danışmış, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyi bildirilmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən Beyləqan şəhəri N. Allahverdiyev adına 1 nömrəli orta məktəbinin, Xocavənd rayonu Salakətin kənd orta məktəbinin, Füzuli rayonu Qayıdış qəsəbə 4 nömrəli orta məktəbinin, Şuşa rayonu 19 nömrəli orta məktəbinin və Tərtər rayonu F. Orucov adına Seydimli kənd orta məktəbinin komandası  I yerlə mükafatlandırılmışdır.

I yeri tutmuş hər üç komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsində iştirak etmək hüququ qazanmışlar.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu