Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 18 may 2016-cı il tarixində Xızı Gənclər İdman Məktəbində “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Xızı rayon Təhsil Şöbəsinin əməkdaşları, idman məktəbinin müəllim və şagird kollektivi iştirak etmişdir.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Tədbirin nəzəri hissəsində Mərkəzin əməkdaşları tərəfindən “Fövqəladə hal nədir”, “Sel və daşqın zamanı nə etməli”, “Yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsizlik qaydaları”, və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar edilmiş,  mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Daha sonra suallar cavablandırılmış və təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

Tədbirin praktiki hissəsində məktəbin həyətində Regional Mərkəzin və Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikasına baxış keçirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında məlumat verilmişdir.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu