Geri

FHN-in Şimal Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 18 may 2016-cı il tarixində Xaçmaz Tarix Diyarşunaslıq Muzeyində “dəyirmi masa” keçirmişdir.

Tədbirdə  nazirliyin yerli qurumlarının, Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları üzrə İcra Hakimiyyətlərinin, Şahdağ və Samur-Yalama Milli Parklarının, region üzrə yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak etmişdir.

Tədbirdə  “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində koordinasiya məsələləri” və “Meşə zolaqlarında milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi” mövzularında çıxışlar edilmiş, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verilmişdir.

Daha sonra  meşə və dağlıq ərazilərdə ehtiyat su mənbərinin yaradılmasının vacibliyi, meşə ərazilərində  yaşayış evlərinin  və digər obyektlərin tikilməsi zamanı yarana biləcək problemlər, meşə yanğınlarının baş vermə səbəbləri bu sahədə Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin və  fermer təsərrüfatlarının üzərinə düşən vəzifələr qarşılıqlı diskussiya şəraitində geniş  müzakirə olunmuş, regional mərkəzin əhatə etdiyi rayonlarda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində icra hakimiyyətləri və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyət planlarına əsasən vəzifələr dəqiqləşdirilmiş, qüvvə və vasitələrin fövqəladə hal zonasına vaxtında cəlb edilməsinin vacibliyini bir daha vurğulanmışdır.

Sonda mövzulara dair foto və videoslaydlar nümayiş olunmuş, yaddaş kitabçaları, təbliğat xarakterli plakatlar paylanılmışdır.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu