Geri

FHN-in Muğan Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzi 18 may2016-cı il tarixində “Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi” mövzusunda İmişli rayon İcra Hakimiyyətində rayon müşavirəsi keçirmişdir.

Müşavirədə İcra Hakimiyyətinin, Muğan Regional Mərkəzin, Muğan Regional Yanğın Nəzarəti İdarəsinin və İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları,  yerli bələdiyyələr, ərazi icra nümayəndələri, iri təsərrüfat sahibləri iştirak etmişdir.  

Tədbirdə “Taxıl yığımı zamanı yanğın təhlükəsizlik qaydaları”, “Meşə təsərrüfatında yanğın təhlükəsizliyi tədbirləri” mövzularında çıxışlar edilmiş, biçilmiş taxıl sahələrinin və kövşənlərin yandırılması, yanğın zamanı yanğınsöndürmə qüvvələrinin qarşılaşdığı problemlərdən danışılmış, baş vermiş hadisələrin qarşısının alınması üçün yerli bələdiyyələr, ərazi icra nümayəndələrinin üzərinə düşən vəzifələrin vaxtında icra olunmasının vacibliyi vurğulanmışdır.

Sonda suallar cavablandırılmış, gələcəkdə baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması məqsədilə müşavirədə müzakirə olunan məsələlərin bir daha yerlərdə yenidən müzakirə olunması tövsiyə edilmişdir.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu