Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 18  may  2016-cı il tarixində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsində maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə hərbi hissənin  yanğın təhlükəsizliyi ilə bağlı görülən işlərdən danışılaraq  qarşılıqlı əməkdaşlıq şəraitində yanğından mühafizənin təmin edilməsi, fövqəladə hadisələrin qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görülməsinin daim nəzarətdə saxlanması, ştatlı və ştatdankənar yanğınsöndürmə dəstələrinin fəaliyyətinin vacibliyi, yanğınların söndürülməsində mühüm rol oynayan su mənbələrinin vəziyyətindən, şəxsi heyətin fövqəladə hallar zamanı davranış qaydalarından, həyata keçirilməsi zəruri olan təhlükəsizlik tədbirlərindən  geniş söhbət açılmışdır.

Sonda “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları”, “Qaz cihazlarından istifadə edərkən yanğın, partlayış, zəhərlənmə kimi fövqəladə hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əməl edin!” mövzularında yaddaş vərəqələri paylanmış və “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçaları rəhbərliyə təqdim edilmiş, suallar cavablandırılmışdır.

Tədbirdə  yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə nümayiş olunmuşdur.   

  

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu