Geri

FHN-in Bakı Regional Mərkəzi “Cəsurluq məktəbi” açıq qapı günü keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi nazirliyin digər qurumları ilə birgə 2016-cı il may ayının 18-də Mərkəzin bazasında “Cəsurluq məktəbi” açıq qapı günü keçirmişdir.

Açıq qapı gününün keçirilməsində məqsəd Bakı şəhəri ümumtəhsil müəssisələrinin şagirdlərini Fövqəladə Hallar Nazirliyinin qurumlarının fəaliyyəti ilə yaxından tanış etməkdən ibarət olmuşdur.

Əvvəlki dövlərdə keçirilmiş maarifləndirmə tədbirlərindən fərqli olaraq “Cəsurluq məktəbi” açıq qapı gününün iştirakçıları Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilmiş seçim qaydası ilə müəyyən edilmişdir. Belə ki, tədbirdə iştirak edəcək 60 yuxarı sinif şagirdinin hər biri (12 inzibati rayonunun hər birindən 5 nəfər olmaqla) məhz öz gələcəyini fövqəladə hallar orqanlarının fəaliyyəti ilə bağlamaq istəyən gənclərdir.

Peşəyönümlü xarakter daşıyan bu tədbirdə nazirliyin Bakı Regional Mərkəzi,  Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə, Dövlət Sularda Xilasetmə və Tibb xidmətləri, Mülki müdafiə qoşunları və FHN Akademiyasını təmsil edən 65 əməkdaş iştirak etmişdir.

Tədbir praktik və nəzəri olmaqla iki hissədən ibarət olmuşdur.

Praktik hissə zamanı əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə xilasetmə əməliyyatlarının təşkili nümayiş etdirilmişdir. Bu zaman Bakı Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə və Tibb xidmətləri tərəfindən ərazinin ümumi, kimya, radiasiya, mühəndis və yanğın kəşfiyyatının aparılması, xüsusi təlim keçmiş itlər tərəfindən xəsarət alanların axtarışı, xilasetmə əməliyyatının həyata keçirilməsi, ilkin tibbi yardımın göstərilməsi qaydaları, köməksiz vəziyyətdə qalanların hündürmərtəbəli tikililərdən alpinist avadanlıqları və hava yastığı vasitəsilə xilas edilməsi, pirotexniklər tərəfindən partlayıcı qurğunun axtarışı və tapılması üzrə praktik təqdimatlar nümayiş etdirilmişdir.

Praktik təqdimatlardan sonra “Sprinter” (Mercedes BENZ) markalı Xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, üzmə və xilasetmə vasitələri, kəşfiyyat cihazları və fərdi mühafizə vasitələri, yanğınsöndürmə texnika və vasitələri, eləcə də maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı yardım üsulları barədə məlumat verilmişdir.

Mərkəzin akt zalında keçirilmiş nəzəri hissə zamanı isə Mərkəzin rəis müavini Tale Şamçıyev “Həyat fəaliyyətinin təhlükəsizliyinin elmi-praktik əsasları” mövzusunda təqdimatla çıxış edərək “həyat fəaliyyətinin təhlükəsizliyi” anlayışının elmi əsaslarını şərh etmiş və konkret misallarla əsaslandırmış, onun məntiqi, riyazi, tarixi, coğrafi və ekoloji aspektlərinə toxunmuşdur. Daha sonra çıxış edən natiqlər “Bakı Regional Mərkəzi-10 il”, “FHN Akademiyası bu gün” mövzularında tədbir iştirakçılarına ərtaflı məlumat vermişdir.

Sonda nazirlik tərəfindən hazırlanmış videoçarxlar nümayiş etdirilmişdir.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu