Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 18 may 2016-cı il tarixində Gəncə şəhəri M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə “Yaz mövsümündə baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllimlərinə, şagirdlərə yaz mövsümündə baş verə biləcək fövqəladə hadisələrin yaranma səbəbləri, onlardan qorunma üsulları, meşə ərazilərində tonqal qalayan zaman diqqətli olmağın vacibliyi, torpaq sürüşmələri zamanı davranış, müasir yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları ilə bağlı biliklərin aşılanması olmuşdur.

Toplantıda “112” qaynar telefon xətti, dəm qazı, məişətdə civə dağılmalarının təhlükəsi haqqında da geniş məlumat verilmiş, suallar cavablandırılmışdır.

Tədbirdə yanğınsöndürən balonlardan istifadə qaydaları haqqında film, fotoslayd nümayiş etdirilmişdir.

Bundan başqa, iştirakçılar  “Sel və daşqınlar”, “Zəlzələ”, “Meşə yanğınları” adlı videoçarxları da izləmişlər.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu